Xələf Xələfov: “Ümid edirik ki, Rusiya və İran...”

“Xəzər regionunda etimad tədbirlərinin qəbul olunması üçün saziş üzərində işlərə başlanılıb”.


Bunu APA TV-yə müsahibəsində Azərbaycanın Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

 

Onun sözlərinə görə, bu, Xəzərin statusu təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından çox vacib addımlardan biri olacaq: "Istənilən halda bu dünya siyasətçilərinin də qeyd etdiyi kimi, çoxtərəfli diplomatiyanın ən yüksək sirvələrindən biri kimi qəbul olundu. Eyni zamanda bu regionda təhlükəsizliyə yönəlmiş çox vacib , cəsarətli bir addımdır. Eləcədə Azərbaycanın nüfuzunu yüksəltdi. Atdığımız addımların, həyata keçirdiyimiz layihələrin gücünü daha da artırdı” 

 

Xələf Xələfov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq regionun sabitliyində və inkişafında böyük rol oynayıb.

 

Azərbaycan Qərbdəki tərəfdaşları ilə əməkdaşlıqdan əlavə, qonşu dövlətlərlə də qarşılıqlı hörmət və maraqlar əsasında uğurlu layihələr həyata keçirir. 

 

X. Xələfov qeyd edib ki, İran, Rusiya, ABŞ və Qərb eyni platformada əməkdaşlıq edir: “Rusiya tərəfi yaxın günlərdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq. Sənədə Rusiya Dövlət Dumasında və Federasiya Şurasında baxılacaq. Ümid edirəm, Rusiyada siyasi iradə göstərib, bu Konvensiyanı payızda ratifikasiya etsin. Qalır, İran tərəfi ki, onlarla da bu prosesə başlanıb. İnanıram ki, İran tərəfi də bu Konvensiyanı tezliklə ratifikasiya edəcək".

 

Digər vacib vəzifələr var ki, onların üzərində də işlər aparılır: "Bildiyiniz kimi, daimi fəaliyyət göstərən yüksək səviyyəli işçi qrupu var. Orada prezidentlərin nümayəndələri təmsil olunub. Sözügedən işçi qrupu bu işləri - həm əməkdaşlıq, həm də müxtəlif sahələrdə sazişlərin razılaşdırılması və imzalanması üzrə davam etdirir. Eyni zamanda, Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələr üçün vacib olan - Xəzərin ekoloji məsələləri üzrə də tədbirlər davam etdirilir və mən inanıram ki, bugünkü situasiya Xəzər dənizində tam sabitlik, inkişaf və qarşılıqlı etimad mühitinin olduğunu göstərir".

 

Nazir müavini onu da bildirib ki, işçi qrupun növbəti görüşü yaxın iki ay ərzində Moskvada keçiriləcək. İran tərəfi öz üzərinə düşən məsələləri həll etdikdən sonra bir görüş də İranda keçiriləcək.

 

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqustda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanıb. Konvensiya tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək imkanı verir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR