Xarici təhsil mütəxəssisləri Bakıya niyə toplaşıb?
Avropa Azərbaycan Məktəbində “Təcrübə Əsaslı Öyrənmə” adlı ikinci beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizlə yanaşı, Türkiyə, İtaliya, Amerika, Niderland, Yaponiya, Avstriya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən cəlb olunan aparıcı məruzəçilər iştirak edib. Daha sonra Avropa Azərbaycan Məktəbi, Tbilisi Avropa Məktəbi və Nazarbayev İntellektual Məktəbinin iştirakı ilə Qafqaz və Mərkəzi Asiya üzrə İB Dünya Məktəbləri Assosiasiyası təsis edilib. Assosiasiyanın əsas məqsədi qeyd olunan regionda fəaliyyət göstərən İB məktəbləri arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və təhsil imkanlarını genişləndirməkdir.
Konfransda beynəlxalq və yerli təhsil mütəxəssisləri, təhsil işçiləri və müəllimlər təhsil müstəvisində müxtəlif mövzular ətrafında sessiyalar, qrup işləri və müzakirələrə cəlb olunaraq qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib