Xarici səyyahlar Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun çəkilişi ilə tanış olub
Azərbaycana səyahət edən dünya səyyahları Zəngəzur dəhlizi üzərində inşa edilən dəmir yolu xəttinin çəkilişi ilə tanış olublar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, onlar Zəngilandan sonra Füzuli rayonuna gələrək burada Ermənistanın törətdiyi dağıntılar, ekoloji terror aktlarını seyr ediblər.
Daha sonra rayonun Şükürbəyli kəndinə gələrək Zəngəzur dəhlizinin dəmir yolu xəttinin kənd ərazisindən keçən hissəsində tikinti işlərinə baxıblar. Səyyahlara məlumat verilib ki, xəttin Horadizdən Şükürbəyliyə qədər olan hissəsi tam inşa edilib. Şükürbəylidən Ağbəndə qədər olan hissəsində isə işlər davam etdirilir.
Xatırladaq ki, Füzuli rayonu xarici səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri planında sonuncu rayondur. Onların buradan Bakıya qayıdacağı planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı