Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu - MÜDDƏT AÇIQLANDI
2020-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün elan verilib.
APA TV-nin məlumatına görə, bu barədə Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib: “Bu gündən başlayaraq yanvar ayının 10-na qədər sənəd qəbulu prosesi başlayır. Kim xaricdə təhsil almaq istəyirsə bu proqramdan yararlana bilər. Sözsüz ki, proqramın müəyyən şərtləri var. Ən vacib məsələ ondan ibarətdir ki, bu dövlət proqramından yararlanmaq istəyən Azərbaycan vətəndaşları ilk öncə xaricdə təhsil müəssisələrindən, xarici universitetlərdən qəbul almalıdır.
Onlar yalnız qəbul olunduğu halda bu proqrama müraciət edə bilərlər”.
Xatırladaq ki, sənəd qəbulu ildə iki dəfə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək