Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edildi
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.
APA TV xəbər verir ki, Hərbi Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Baş prokurorun müavini vəzifəsində qulluq keçib.
Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və indiyədək həmin vəzifədə qulluğunu davam etdirir.
Ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktorudur.
OXŞAR XƏBƏRLƏR
16:28
639
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
756
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2764
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2324
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2315
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1499