Xankəndiyə gedəndə qəzaya düşənlərdən yeni xəbər var
Xankəndiyə gedən peşəkar Futbol Liqasının əməkdaşları Ağdamda qəzaya düşüb. Hadisə Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini Rasim Qafarlı idarə etdiyi "Mercedes Vito" markalı avtomobil ilə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə sürücü və sərnişinlər- ümumilikdə 6 nəfər xəsarət alıb. Qəza zamanı 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldıqları üçün əraziyə FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Xəsarət alan şəxslər Bakı sakinləri 39 yaşlı Abdullayev Sənan Məstəli oğlu, 49 yaşlı Səmədov Elxan Zakir oğlu, 41 yaşlı Qafarlı Rasim Məmmədrəsul oğlu, 42 yaşlı Şahgəldiyev Aslan Yadigar oğlu, 33 yaşlı Abbasov Elgiz Rafiq oğlu, 42 yaşlı Hacıməhərrəmov Zaur Tahir oğlu Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alan şəxslərin 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar. Faktla bağlı araşdırma aparılır. AĞDAM
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"