Xanım sürücü maşını aşırdı: anası öldü - SUMQAYITDA FACİƏ

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında qeydə alınıb. 99 SH 379 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobilin xanım sürücüsü idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Qəza nəticəsində avtomobildə olan sürücünün anası, 1951-ci il təvəllüdlü Qasımova Gülyaz Savalan qızı ağır bədən xəsarətləri alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, qadın ölüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR