Xalq yazıçısı: “Sosial şəbəkələrdə Azərbaycan dilində söyənlər…”
“İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur”.
APA TV-nin məlumatına görə, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev deyib. Əlavə edib ki, sosial şəbəkələrdə Azərbaycanın mərhum və yaşayan şair, yazıçı və fikir adamlarını təhqir edən istifadəçilər cəzalandırılmalı, ən azı profilləri bloklanmalıdır: “Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilində söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”.
Çingiz Abdullayev deyib ki, bu gün Səməd Vurğundan tutmuş Mikayıl Müşfiqə qədər bütün xalq şairləri və xalq yazıçıları söyülüb, təhqir olunur.
O bildirib ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."