Xalq rəssamlarının əl işləri nümayiş olundu
Azərbaycanın görkəmli rəssamlarının əsərlərinə həsr olunmuş "İkinci nəfəs" adlı sərgi keçirilib.
Mədəniyyət Nazirliyi və "Cultural Network House" İctimai Birliyinin birgə təşkilatçılığı, eləcə de Müasir İncəsənət Muzeyinin dəstəyi ilə "İkinci nəfəs" adlı sərgi Azərbaycan rəngkarlığının görkəmli nümayəndələrinin uzun müddət sərgilənməmiş əsərlərinin ictimaiyyətə tanıdılması, təbliğ edilməsi, eyni zamanda diqqətdə saxlanılması məqsədilə keçirilib.
Qeyd edək ki, sərgidə xalq rəssamları - Səttar Bəhlulzadə, Asəf Cəfərov, Toğrul Nərimanbəyov, Tahir Salahov, Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev və digər dünyaca tanınmış rəssamların yaratdığı rəngkarlıq əsərləri nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
16:59
734
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
733
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
653
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1105
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
1089
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
1108