Xalq artisti Səfurə İbrahimova dəfn edilib
Dünən axşam saatlarında vəfat edən xalq artisti Səfurə İbrahimova dəfn edilib.
APA TV-nin məlumatına görə, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Səfurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955-1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik Teatrın truppasına daxil olub.
Səfurə İbrahimova “Sevil”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi”, “Dərviş Parisi partladır”, “Qaynana” və başqa filmlərdə yaratdığı bənzərsiz rolları ilə yaddaşlarda qalıb.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?