Xalq artisti Nəzakət Teymurova koronavirusdan sağaldı
Bir müddət əvvəl koronavirusa yoluxan Xalq artirti Nəzakət Teymurova sağalıb. O, müalicəsinə göstərdiyi köməyə görə Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
APA TV-nın məlumatına görə, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat verib.
“Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq Sizin qayğınızı hər zaman hiss etmişik. Bu çətin günlərimdə, amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdir. Xəstəxanada yatarkən Sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm! Allah Sizi qorusun!” – deyə xalq artisti bildirib.
OXŞAR XƏBƏRLƏR
11:43
676
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
675
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
702
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1298
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1887
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1899