Xaçmazlı mühəndis yumurta qabığından görün nə hazırladı
Xaçmazlı mühəndis Fərmayıl Əhmədov toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə maraqlı suvenirlər hazırlayır.
Ölkəmizdə belə suvenirləri ondan başqa hazırlayan yoxdur. O bu işi internet vasitəsilə öyrənib. Əvvəllər həvəskar şəkildə bu işlə məşğul olan gənc indi əl işlərini daha da təkmilləşdirib.
On ildir suvenir hazırlayan Fərmayıl indi yumurtanın üzərində zər, boya və xüsusi bəzək daşları ilə daha mürəkkəb naxış və elementlər əlavə edir. Bəzi böyük yumurtalardan isə suvenirlər üçün qablar düzəldir.
Fərmayıl Əhmədov bildirir ki, yumurtanın qabığı zərif olduğundan diqqətlə və səbirlə çalışmaq lazımdır. Əl işləri sadə görünsə də, bir suvenirin hazırlanması üçün bəzən 3-4 saat, bəzənsə on gün vaxt sərf edir.
Fərmayıl bu vaxta kimi yumurtadan 100-dən çox əl işi hazırlayıb.
Yumurtadan hazırlanan əl işləri içərisində gecə işıqları və üzərində müxtəlif tanınmış şəxsiyyətlərin portretləri əks olunan suvenirlər daha çox diqqət çəkir.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin məzunu olan Fərmayıl Əhmədov elektrik mühəndisi kimi fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib