Xaçmazda uyuşdurucu maddə satan şəbəkənin üzvləri saxlanıldı
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəbəkə aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xudat şəhər sakinləri Marat Mirzəyev, Samir Mirzəyev, Reyhan Mirzəyeva, Murad Qazıyev və Asif Abdullayev saxlanılıblar. Saxlanılan zaman onların üzərindən hazır bükümlərdə psixotrop maddə olan “Metamfetamin” və narkotk vasitə olan “Heroin” aşkar olunaraq götürülüb.
Daha sonra isə əməliyyatçılar həmin şəxslərin yaşadıqları mənzillərə baxış keçiriblər. Evə baxış zamanı oradan əlavə olaraq “Metamfetamin” və “Heroin” aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı