Xaçmazda narkotik alverçisi tutuldu
Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin regional qrupundan APA TV-yə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub. Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib: “Həyətimdə dibçəkdə əkmişdim. Sonra onu qurutdum, iki kibrit qutusunu 25 manata satanda polis əməkdaşları tərəfindən tutuldum”.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək