Xaçmazda keçmiş məhkumdan silah və narkotik götürüldü
Xaçmazda keçmiş məhkumun maşınından silah və narkotik tapılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 27 yaşlı Mətləb İbrahimov idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı bir ədəd bıçaqlı beşbarmaq, bir ədəd dəmir tapança, bir ədəd beyzbol taxtası və heroin aşkarlanaraq götürülüb.
Saxlanılan Mətləb İbrahimov ilk dəfə 16 yaşında saxlanıldığını deyir: “Bu gün maşın idarə edərkən polis əməkdaşları məni saxladı və maşından bir ədəd “bita”, beşbarmaq, tapanca və pul kisəmdən narkotik maddə çıxdı. Bundan qabaq da 16 yaşımda tutulmuşam, 3 il 11 ay məhkumluq həyatı yaşamışam. Peşmanam”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi