Xaçmazda karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində zəruri təxirəsalınmaz tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları rayon ərazisində patrul xidmətini yerinə yetirərək, elan edilmiş xüsusi rejimin qaydalarına riayət edilməsinə nəzarət edirlər. Vətəndaşlarla söhbət zamanı onlara zərurət olmadan çölə çıxmamalarını, aptek və ya ərzaq mağazalarına getdikdə isə özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyi bildirilib.
Həyata keçirilən nəzarət tədbirləri nəticəsində xüsusi karantin rejiminin tələblərini riayət etməyən şəxslərdə aşkarlanıb. Belə ki, polis əməkdaşları tərəfindən rayon ərazisində 10 obyekt sahibi və 20 vətəndaş təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı