Xaçmazda gilas yığımı: Qiymət niyə ceyranın belindədir?
Xaçmaz rayonunda bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını artıq başa çatdırıblar.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hazırda isə gilasın kütləvi yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndərilir.
Xaçmazlı sahibkarlar gilas bağlarında məhsul yığımına may ayının son günlərindən etibarən başlayıblar. Tezyetişən sortlar yerli və paytaxt bazarlarında satışa çıxarılıb. Təsərrüfatçılar gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 5-6 manata satıblar.
Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini deyən sahibkarlar hazırkı satış qiymətinin onları qane etdiyini bildirirlər.
Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər. Yeni salınan bağlar əsasən intensiv üsulla becərilir. İyun ayı Xaçmaz rayonunda gilas yığımının ən qızğın çağıdır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi