“WhatsApp”a yeni funksiyalar gəlir
“WhatsApp”ın tezliklə yeni funksiyaları işə düşəcək.
APA TV xarici mətbuata istinadən məlumat verir ki, “WhatsApp” yaxın zamanlarda proqram yeniliklərinin sayını artıracaq. Tətbiqə yeni 4 funksiya da əlavə olunacaq.
Bu funksiyalardan ilki, smaylik cavab xüsusiyyətidir. Belə ki, artıq söhbətə smaylik ilə reaksiya verə biləcəksiniz.
“WhatsApp” yeni bir xüsusiyyəti də səsli mesajları mətnə çevirmək olacaq. Gələn səsli mesajlar yazılı şəkildə görünəcək və mesajın hissələri arasında keçid etmək mümkün olacaq.
“WhatsApp”, videoları səssiz olaraq izləyəməyə imkan verəcək bir yenilik hazırlayır. İstər “WhatsApp”ın öz kamera tətbiqi ilə çəkirsiniz, istərsə də qalereyanızdan bir material göndərməyə çalışırsınız. Video tənzimləmə ekranının sol üst küncündəki "səssiz" işarəsinə toxunaraq onun səsini kəsə bilərsiniz.
Son olaraq söhbət pəncərəsinə yeni rənglər əlavə olunacaq. Bu dəyişiklik, qaranlıq rejimdə tətbiqdən istifadə edənlər üçün nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI