Vurğun Əyyub vəfat etdi
Uzun sürən xəstəlikdən əziyyət çəkən Vurğun Əyyub vəfat edib. Bu barədə APA TV-yə onun ailəsindən bildirilib.
O, evində dünyasını dəyişib.
Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.15 ildən artıq təhsil sahəsində işləyib.
Azərbaycanda milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin qurucularından, AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.
Azərbaycanda tələbə qəbulunun test üsulu ilə keçirilməsi onun adı ilə bağlıdır.
1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub, 2001-ci ildə Müsavat başqanının 1-ci müavini təyin edilib.
Mərhum bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."