Vilyam Hacıyev neçə il həbs oluna bilər?
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov çıxış edib.
Prokuror Vilyam Hacıyevin verilmiş ittihamlarla təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 13 il azadlıqdan məhrum olunmasını istəyib.
Bundan başqa, sabiq icra başçının üzərinə həbs qoyulmuş 6 milyon 300 min manatlıq əmlakının da dövlət nəfinə müsadirə olunması istənilib.
Proses iyulun 8-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
18:19
840
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
883
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1127
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
986
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1176
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1651