Vilyam Hacıyev ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cəzaçəkmə müəssisəsinə köçürülüb.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq icra başçısının cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub.
Qeyd edək ki, Vilyam Hacıyev xəstəliyi ilə əlaqədar məhkəmə istintaqı dövründə Pentensiar Xidmətin müalicə müəssisəsində saxlanılıb.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Sabiq icra başçısı külli miqdarda mənimsəmə və ya isriaf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, külli miqdarda törədildikdə, vəzifə saxtakarlığı və qanunsuz silah saxlama maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib