Viləşçayda çimərkən başı daşa dəydi və boğularaq öldü
Masallıda 9 – cu sinif şagirdi çayda boğularaq ölüb. APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, Hadisə dünən axşam saatlarında Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində baş verib. Masallı rayonunun Təzə Alvadı kənd sakini 15 yaşlı Nurlan Marif oğlu Novruzov babası ilə istirahət mərkəzlərinin birinə gediblər. Yeniyetmə, ərazidən keçən Viləş çayında çimərkən baş nahiyəsi daşa dəyərək xəsarət alıb. Xəsarət alan Nurlan Novruzov suda boğularaq ölüb. Ətrafda olanların köməyi ilə onun cansız bədəni sudan çıxarılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı Rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, evin kiçik oğlu olan Nuralan 9-cu sinif şagirdi olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. İlkin Rzayev Rövşən Almazoğlu APA-tv Masallı
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi