Vilayət Eyvazov icra başçısının qardaşını işdən çıxardı
Abşeron rayon Polis İdarəsinin rəis müavini işdən azad edilib.
Lent.az məlumat yayıb ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini İsa Babaşov tutduğu vəzifədən azad olunub.
İ. Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qardaşıdır.
Qeyd edək ki, bir müddətdir Abşeron rayon Polis İdarəsində yoxlamalar keçirilib. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. İsa Babaşovun da nöqsanlar səbəbilə işdən çıxarıldığı bildirilir.
Bundan əvvəl keçirilən yoxlamalar zamanı isə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər