Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası törətmiş vəzifəli şəxs həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, N.Bağışov 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi olub. Hadisədən sonra onun yaxınları hadisənin Vəli Məmmədov tərəfindən yox, onun həyat yoldaşı tərəfindən törədilməsini iddia ediblər. İstintaq zamanı bu iddia təsdiqini tapmayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb