Vətən Müharibəsinin 28-ci günü: 24 oktyabrda nələr baş verdi?
24 oktyabr 2020-ci il. Ordumuz düşməni daha da sıxışdırır, əsgərimizin sədası Laçın rayonu ərazisindən gəlirdi. Geri çəkilən düşmən, ağır itkilər verməsinə rəğmən yenə də öz təxribatından əl çəkmirdi. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın Gorus və Qafan rayonları ərazisindən, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı rayonları əraziləri güclü atəşə tutuldu.
Üstəlik günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən Azərbaycan Ordusuna hücum etməyə cəhd etdi. Lakin düşmənin bütün cəhdləri özünün məhvi ilə nəticələnirdi.
Elə Müdafiə Nazirliyinin məlumatında da cəbhənin Qubadlı istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildiyi bildirilirdi.
Nazirliyin digər məlumatında isə Ordumuzun cəbhənin Ağdərə və Ağdam bölgələrində Ermənistan Silahlı Qüvvələrinin hərbi infrastrukturuna Hava Qüvvələrindən istifadə etməklə zərbələr endirdiyi açıqlandı.
Amma bu da son deyildi. Düşmən daha 16 gün Ordumuzun zərbələrindən sarsılacaqdı.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib