Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olundu
Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub.
APA TV-nin yerli bürosunun məlumatına görə, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayevin nəşi doğulduğu Gəncə şəhəri Cavad Xan qəsəbəsində yaşadığı evə gətirilib. Yaşadığı evdə şəhidlə vida mərasimi keçirilib. Daha sonra şəhid Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gəncə
OXŞAR XƏBƏRLƏR
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib