Vətən müharibəsi veteranı faciəvi şəkildə vəfat edib
“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib. Agentliyin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Belə ki, Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. 2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
18:44
414
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
327
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
531
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1070
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1108
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
980