Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin övladı dünyaya gəlib
Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin övladı dünyaya gəlib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyaya göz açan körpəyə Fərid Səma adı verilib və bu gün evə buraxılıb. Mərkəzdən verilən məlumata görə, şəhidin həyat yoldaşının və körpənin vəziyyəti normaldır.
Şəhidin həyat yoldaşı Ağabacı Seyfullayeva deyir ki, Fərid ikinci övladının olacağını müharibədə olarkən öyrənib: “Mən yoldaşımla fəxr edirəm, sağ ikən də fəxr edirdim, indi də qürur duyuram. Onun mənə sonuncu əmanəti idi. Müharibədə olan zaman öyrənmişdi ikinci övladının dünyaya gələcəyini”.
Şəhid Fərid Seyfullayevin övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə anaya 1000 manat təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 manatlıq hesab açılacaq. Həmin hesaba vəsait, Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, F. Seyfullayev Füzulidən Şuşayadək döyüş yolu keçib. Qəhrəman döyüşçü noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub