Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edilib
Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə dəfn edilib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib.
Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib.
İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb.
Şəhidin atası Ramiz Ələkbərov isə “Vətən sağ olsun”, - deyir: “Allah elə-obaya dəyməsin, ölkəmizi saxlasın, Prezidentimizi saxlasın. Biz Azərbaycanın Prezidentinin hesabına yaşayırıq, şəhidlərin hesabına, qazilərin hesabına yaşayırıq. Vətən sağ olsun!”
Qeyd edək ki, Ələkbər Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar