Vəndamlı ustanın əsərləri görənləri heyrətə salır
Qəbələnin Vəndam qəsəbəsində yaşayan və ağac üzərində oyma üsulu ilə möcüzə yaradan sənətkar Şahin Rəhimovun əsərləri görənləri heyrətə salır.
Şahin usta bir çox insanın lazımsız kötük və ya odun parçası kimi baxdığı bir ağacdan maraqlı sənət əsəri yaradır. O, əlinə keçən yararsız qoz və şabalıd ağacından qiymətli əşyalar düzəldir. Bu, suvenir, məişət əşyası, milli atribut və ya hansısa şirkətin loqosu da ola bilər.
İndi əl işlərini balaca bir dükanda satan Şahin usta 30 ildir bu sənətlə məşğuldur.
Şahin Rəhimov deyir ki, əsərlərinə qiymət təyin etmək onun üçün ən çətin işdir. Bu əsərlər arasında bir manata da əsər tapa bilərsiniz, 1000 manata da.
Çünki bu əsərlərin ərsəyə gəlməsinə zaman və əmək sərf edir.
Min bir əziyyətlə ərsəyə gələn bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilib. Şahin Rəhimov deyir ki, respublikada keçirilən xalq sənətkarlığı ilə bağlı sərgilərin demək olar ki, hamısında onun əl işləri nümayiş olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb