Velosipedlə Zaqataladan Qaxa oğurluğa getdilər
Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, zərərçəkən Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən qızılların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi