Vəkillər Kollegiyasının sədri: “Adil İsmayılov vəkil ailəsinin...”
“İcraatımızda olan intizam işləri ilə bağlı Vəkillər Kollegiyasının sədri olaraq mən şərh vermək səlahiyyətində deyiləm. Çünki qəbul olunan bütün qərarlar kollegial orqan olan Rəyasət Heyəti tərəfindən qəbul olunur. Vəkillər Kollegiyasının sədri Rəyasət Heyətində digər üzvlərlə bərabər səs hüququna malikdir”.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Adil İsmayılovun fəaliyyətinə 1 il xitam verilməsi bağlı qərara münasibət bildirib: “Onunla bağlı məsələ Vəkillər Kollegiyasının daxilində həll olunan məsələdir. Mən istəmirəm ki, bəzi adamlar bu mövzu ərafında spekulyasiya qursun. Onun tərəfdarı deyiləm. Bu gün vəkillik bir ailədir, bütün vəkillər bu ailənin üzvüdür, o cümlədən Adil İsmayılov da bu vəkil ailəsinin hörmətli üzvlərindən biridir”.
Qeyd edək ki, bu gün Şirvanda Regional Vəkil Bürosu açılıb. 21 şəhər və rayonu əhatə edən Vəkil Bürosunda Vəkillər Kollegiyasının üzvü olan 77 vəkil təmsil olunur. Bu, Sumqayıt şəhərindən sonra açılan ikinci regional vəkil bürosudur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."