Vəhşi heyvanlar kişini meşədə PARÇALADI
Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin Tayıflı kənd sakini 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.
Kənd sakinlərinin APA TV-yə verdiyi məlumata görə, Əbülfət Ağayev tək yaşayırdı, o bir-neçə gün əvvəl meşəyə odun yığmağa gedib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
VÜQAR HEYDƏROV, APA TV
OXŞAR XƏBƏRLƏR
17:47
1127
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1004
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1000
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
908
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
868
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
883