Vaxt keçirmək üçün qumar oynayanlar saxlanıldı – KARANTİN QAYDALARINI POZUBLAR
Qusarda polis karantin rejimi qaydalarını pozaraq qumar oynayanları saxlayıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Abdulla Abdulov vaxt keçirmək üçün qumar oynadıqlarını deyir: “Kənddə vaxtımız keçmirdi, yığışdıq ki, vaxtımızı keçirək. Kart oynayırdıq, gəldi polis əməkdaşları çıxdılar. Dedilər karantin qaydalarını pozmusuz gəldik şöbəyə. Bir də belə səhv etmərik”.
Saxlanılan şəxslərin hər biri barəsində inzibati qaydada tədbir görülüb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı