Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.
Aksiya iştirakçılarının APA TV-yə verdiyi məlumata görə, Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada Amerikada, xüsusilə də Nyu-York və Bostonda yaşayan azərbaycanlı fəallar iştirak edir.
Qeyd edilib ki, əvvəlcə Vaşinqtonda Konqres binasının qarşısında dinc aksiya keçirilib, orada heç bir şüar səsləndirilməyib: “Çünki bu aksiyaya icazə verilməmişdi, sadəcə 20-25 dəqiqəlik vaxt verilmişdi. Daha sonra təxminən 16-17 km-lik məsafədə bayraqlarla Ermənistan səfirliyi qarşısına yürüş olub. Aksiyada “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycanındır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilir. Ermənistan səfirliyinin nümayəndələri polisdən aksiyanı dayandırmağını istəsə də, polis heç bir müdaxilə etmədi. Hazırda səfirliyin qarşısında dinc aksiya davam edir”.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi