Vardanyan görün harada gizlənibmiş
Bir müddət Qarabağdakı separatçıların qondarma naziri olmuş təxribatçı Ruben Vardanyanın yeri məlum olub.
Ermənistanın “Joğovurd” qəzetinin yaydığı məlumata görə, o, hazırda Qarabağda gizlənir. Ötən il Rusiyadan bəlli məqsədlər üçün göndərilmiş təxribatçı gizli şəkildə keçmiş köməkçisi və dostu Armen Hakobjanyanın evində yaşayır.
SİTAT
“Biz məlumatı Armen Hakobcanyandan dəqiqləşdirməyə çalışdıq. O, yayılan informasiyaları nə təsdiq, nə də təkzib etdi. Armen Vardanyanla bağlı məsələlərə görə onunla şəxsən əlaqə saxlamağı məsləhət bildi. Bu informasiyada onun da adının hallandığını, "eks-nazirin" məhz dostunun evində gizləndiyini deyəndə isə Hakobjanyan yenə şərh verməkdən yayındı.
Ruben işdən çıxarıldıqdan sonra Qarabağdan getməyəcəyini bəyan etmişdi. Amma onun qaldığı məkan bəlli deyildi", - nəşr yazıb.
Vardanyan qondarma vəzifəyə gətirilməmişdən əvvəl hoteldə qalıb. Lakin sonradan qondarma rejimin bütün dırnaqarası dövlət müsabiqələrinin qalibi, korrupsiya işlərində adı hallanan Arman Hakobcanyanla yaxınlaşıb. Nəticədə hazırda onun Xankəndidəki malikanəsinə sığınıb.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib