Vaqif Dərgahlı: "Hazırda Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır"
Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır.
Bunu APA TV-yə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, əvvəlki günlərə baxanda bu gün ərazidə sakitlik hökm sürür:
“Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi cəza tədbirlərindən sonra kəndlərin və yaşayış məntəqələrinin atəşə tutulmasının qarşısı alınıb. Buna baxmayaraq ön xətdə olan mövqelərimiz düşmən tərəfindən atəşə tutulmaqda davam edir. Bu istiqamətdə də düşmənin fəaliyyətinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hazırda əməliyyat şəraiti tam nəzarət altındadır”.
V.Dərgahlı düşmən tərəfini itkilərini gizlətməkdə ittiham edib:
“Biz düşmənə qarşı həyata keçirdiyimiz əməliyyatların görüntülərini yayırıq. Görünən odur ki, düşmən itkilərini gizlədir. Bizdə olan məlumata görə, düşmən yüzlərlə itki verib. Lakin hər zaman olduğu kimi onlar itkilərini gizlədirlər”.
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyət iyulun 12-dən etibarən gərginləşib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi