Valideynlər tərəfindən övladlarına "Dilənçi", "Cındır" kimi adlar verilir - AMEA
Tövsiyə olunmayan adlarla bağlı işlər davam etdirilir.
Bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, bu gün də valideynlər tərəfindən "Dilənçi", "Cındır" kimi adlar övladlarına verilir.
Sayalı Sadıqova qeydiyyat idarələrində bu cür adların qarşısının alınması zamanı ad və soyadlarla bağlı qərarlara əsaslanıldığını vurğulayıb:
"Qeydiyyat idarələrində valideynlər bu cür adları vermək istədikdə ad və soyadlarla bağlı maddələrə əsaslanaraq onların qarşısı alınır. Məsələn, birinin nəslində Gürzəbəyim adı olub və indi o adı övladına vermək istəyir. Bu zaman həmin valideynlərə izah edilir ki, "gürzə" və "bəyim"in yanaşı işlənməsi doğru deyil. Bu uşağın gələcək taleyinə təsir edə bilər. Bu səbəbdəndir ki, 18 yaşına çatdıqda bəzi gənclər adlarını dəyişmək üçün müraciət edir", - deyə Sayalı Sadıqova vurğulayıb.
Professor həm oğlanlara, həm də qızlara qoyulan ortaq adlara da toxunub. Bildirib ki, belə hallarla bağlı da müəyyən tövsiyələr verilir, maarifləndirmə işləri aparılır. Sayalı Sadıqova bəzi adların həqiqətən ortaq olduğunu da diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib