Valideyin nəzarətindən yayınan uşaq “ACE” içdi - GƏNCƏDƏ

APA TV-nin məlumatına görə, Gəncədə iki yaşlı uşaq yuyucu maddədən zəhərlənib. Belə ki, 2017-ci il təvəllüdlü Verdiyev Yusif valideynlərinin nəzarətindən yayınaraq maye halında olan "ACE" markalı yuyucu maddə içərək zəhərlənib. Uşaq 2 saylı Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra Yusifin həyatını xilas etmək mümkün olub. Az yaşlının vəziyyətin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR