Uyuşdurucu vasitələri online yolla satanlar ələ keçirildi
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakinləri Elgün Abbasov və yaxın qohumu Ümid Hüseynov sosisal şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Masazır ərazisində gizlədilən narkotik vasitəni 500 manat və şəxsi istifadə üçün narkotik vasitə qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar.
Həmin şəxslər Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman Elgün Abbasovun üzərindən 50 qram yaxın “heroin” idarə etdiyi maşına baxış keçirilən zaman isə ümumi çəkisi 1 kq-dan çox olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib