Uyuşdurucu vasitə istifadə edib maşın sürdülər
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Hənifə kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü davamlı olaraq yol-hərəkəti qaydalarını pozub və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən vaxtında görülmüş tədbirlərlə nəqliyyat vasitəsini saxlamaq mümkün olub. Sürücünün və nəqliyyat vasitəsindəki sərnişinin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan onlar Polis Şöbəsinə gətirilib.
Müayinə zamanı avtomobili idarə edən Məmməd Hüseynov və sərnişin Ayaz Ramazanovun marixuana qəbul etdiyi məlum olub.
Onların barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib