Ustalar işlədikləri evdə öldülər
Abşeron rayonunda iki nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Saray qəsəbəsində tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və onlarla birlikdə həmin evdə yemək yemiş 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu ilkin ehtimala görə, dəm qazından və ya yedikləri qidalardan zəhərləniblər.
Nəticədə Kamil Alıyev hadisə yerində, Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:23
377
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
420
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
356
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1118
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1075
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1069