ÜST: Planetin 70 faiz əhalisi peyvəndlənməlidir
“İnsanları kütləvi şəkildə yeni növ koronavirus infeksiyasından qorumaq məqsədilə immunitetin formalaşması üçün planetin 65-70 faiz əhalisi peyvəndlənməlidir”.
APA TV xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş tədqiqatçısı Sumya Svaminatan brifinqdə bildirib.
O, virusdan qorunmanın ən yaxşı yolunun peyvənd olduğunu deyib.
ÜST mütəxəssisi Maria van Kerkxove isə diqqətə çatdırıb ki, kütləvi immuniteti inkişaf etdirmək cəhdləri təbii olaraq təhlükəlidir: “Çox sayda qurbanlar olacaq”.
Kerkxove də peyvəndləmənin əhalini qorumaq üçün ən təsirli üsul olduğunu vurğulayıb.
O, əlavə edib ki, dünyada təhlükəsiz və effektiv peyvəndin hazırlanması üçün aktiv işlər görülür.
OXŞAR XƏBƏRLƏR
18:20
1171
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1762
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1769
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1508
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1633
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1589