ÜST meymunçiçəyi ilə bağlı səhiyyə sahəsində beynəlxalq fövqəladə vəziyyət elan edib
Hazırda dünyada meymunçiçəyi virusuna 16 mindən çox yoluxma qeydə alınıb.
APA “Reuters“ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün keçirilən brifinqində Baş direktor Tedros Adanom Qebreyesus deyib.
O bildirib ki, dünyanın 75 ölkə və ərazisində yoluxma halları qeydə alınıb, onlardan beşi ölümlə nəticələnib.
Virusun daha da yayılma ehtimalı nəzərə alınaraq ÜST rəhbəri səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
Onun sözlərinə görə iyulun 21-də baş tutan ikinci görüşdə ÜST-ün fövqəladə komitəsi bu məsələ ilə bağlı konsensusa gələ bilməyib.
OXŞAR XƏBƏRLƏR
18:19
561
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
595
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
844
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
957
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1151
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1623