ÜST: Koronavirusdan 2977 nəfər ölüb
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 1-nə olan məlumatı açıqlayıb.
APA TV-nin təşkilatın məlumatına əsasən verdiyi xəbərə görə, Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Məlumata görə dünyada artıq 87137 insan koronovirusa yoluxub. Çində bu virusa yoluxanların sayı isə 79968 nəfərdir. Sözügedən ölkədə bu epidemiyadan ölənlərin sayı isə 2873-ə çatıb.
Çinin xaricində isə 7169 koronovirusa yoluxma faktı qeydə alınıb və bu rəqəm 58 ölkəni əhatə edir. Çinin xaricində bu epidemiyadan ölənlərin sayı 104 nəfərdir.
ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir
OXŞAR XƏBƏRLƏR
17:21
1366
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1410
Növbəti köç karvanları yola salınıb
13:38
1419
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
979
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1107
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3017