ÜST: Dünyada koronavirusdan 16 231 nəfər ölüb
Dünyada 372 757 nəfər koronavirus yoluxub, 16 231 ölüm hadisəsi qeydə alınıb.
APA TV xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 24-nə olan bülletenində bildirilib.
Statistikaya görə, yoluxanların sayı son gündə təxminən 40 min, ölənlərin sayı isə 1722 nəfər olub.
Ən çox yoluxma və ölüm halı Avropada qeydə alınıb. Sonrakı yerlərdə isə Çin, Koreya Respublikası və Yaponiya, Cənubi və Şimali Amerika ölkələri qərarlaşıb.
Bildirilib ki, ötən gün 4 yeni ölkə və ərazidə koronavirus aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR
17:21
196
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
200
Növbəti köç karvanları yola salınıb
13:38
345
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
856
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
989
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2897