Uşaqlara sümük verib, əti evinə aparan direktor işdən çıxarıldı
Bu gün, Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.
İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, qeyd olunub ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur. Odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.
OXŞAR XƏBƏRLƏR
19:48
267
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
251
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
327
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
18:44
1173
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1079
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1295