Uşaqlara qarşı alçaldıcı hərəkətlər edən şəxslər aşkarlanıb
"Son günlərdə uşaqlara qarşı alçaldıcı hərəkətlər edilməsi və sosial şəbəkələrdə paylaşılması ilə bağlı yayılan məlumatlar haqlı olaraq cəmiyyətdə böyük təəssüf və qəzəb hissi ilə qarşılanıb".
APA TV xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, qeyd olunan faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib.
Komitədən bildirilib ki, hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək cəmiyyətdə pozuculuq fəaliyyəti xalqın həmrəylik prinsiplərinə ziddir.
Qeyd olunan məsələ ilə bağlı hadisəni törədən və videoya çəkərək paylaşan şəxslər artıq aşkarlanıb və həmin şəxslər barəsində aidiyyəti tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı