“Uşaq sahibi olmaq dövlət nəzarətində olsun”
“Ölkəmizdə uzun illərdən bəri övlad sahibi olmaq istəyən, amma buna maddi imkanı çatmayan vətəndaşlarımız var. Onlar “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilmədiyinə görə övlad sahibi ola bilmədiklərini bildirirlər”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. Deputat bildirib ki, qanunun predmeti tamam başqa məsələlərdir: “Uşaq sahibi olmaq isə fərdlərin sağlamlığı ilə bağlıdır və bu dövlət nəzarətində olsa yaxşı olar. Hökumət üzvlərinin də burada olmasından istifadə edərək bu təklifimi vermək istəyirəm. Əminəm ki, süni mayalanma ilə əlaqədar azı ildə 200-250 nəfər üçün ayrılacaq məbləğ elə də çox deyil. Bu, Prezident İlham Əliyevin səhiyyə sahəsində ortaya qoyduğu xüsusi dəsti-xəttə də uyğun olar. Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsa, yaxşı olar”.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər