Üsamə bin Ladenin oğlunun ölüm xəbəri təsdiqləndi - ANTİTERROR ƏMƏLİYYATI
Əl-Qaidə qurucusu Üsamə bin Ladenin oğlu Həmzə bin Laden, Amerikanın Əfqanıstan və Pakistan arasındakı sərhəddə həyata keçirdiyi antiterror əməliyyatı zamanı öldürülüb. Bu barədə ABŞ Prezidenti Donald Trumpın Ağ Evdə yayımladığı açıqlamada deyilir.
ABŞ kəşfiyyatının məlumatına görə, Üsamə bin Ladenin varisi sayıla Həmzə 11 sentyabr hücumları ərəfəsində atası ilə birlikdə Əfqanıstanda olub. Prezident Corc Buşun qərarı ilə Amerika qoşunları Əl-Qaidə bazalarını məhv etməyə girəndə də hər ikisi bu ölkədə olub.Dövlət Departamenti Həmzəni hələ 2017-ci ildə Qərb paytaxtlarına hücum çağırışı və atasının öldürülməsinə görə ABŞ-dan intiqam alacağını bəyan edəndən sonra dünyanın ən məşhur terrorçulardan biri elan etmişdi.Reuters agentliyi Amerika nümayəndələrinə istinadən Həmzə bin Ladenin öldürüldüyü barədə məlumatı hələ iyulun 31 də yaymışdı. Ağ Evin şənbə günü verdiyi bəyanat əməliyyat faktının ilk rəsmi təsdiqi oldu.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."